“Konstitusiya və suverenlik ili” çərçivəsində “Vətənpərvər gənclik sağlam və etibarlı sabah deməkdir” adlı tədbir keçirildi!
10 iyul 2025 | 17:17
Konstitusiya və suverenlik ili” çərçivəsində “Vətənpərvər gənclik sağlam və etibarlı sabah deməkdir” adlı tədbir keçirildi. Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli Gənclər Evinin birgə təşkilatçılığı ilə Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı”nda keçirilən tədbirdə şəhid ailələri, qazilər, veteranlar, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu gənclər siyasətindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı böyük Zəfərdən, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında qəhrəman şəhidlərimizin, qazilərimizin şərəfli ömür yollarının və döyüş tarixçələrinin əsas mənbə olmasından bəhs etdi.
Daha sonra Füzuli Gənclər Evinin direktoru Seyfəddin Maqsudov, QRTİ Füzuli və Xocavənd rayonları üzrə təhsil sektorunun məsləhətçisi Camal Xəlilov, Füzuli Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Səminə Nuriyeva, Füzuli Rayon İcra Hakimiyyətinin gənc könüllüsü İradə Məmmədova çıxış etdilər.
Tədbirdə iştirak edən şəhid ailələri və qazilər çıxış edərək gəncələrə öz dəyərli tövsiyələrini verdilər, vətənpərvər olmağı, dövlətimizi, bayrağımızı, torpağımızı sevməyi arzuladılar.
Sonda vətənpərvərlik mövzusunda hazırlanmış videoçarx nümayiş olundu, xatirə şəkilləri çəkdirildi.






