Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstutsiya və Suverenlik İli”çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” adlı dəyirmi masa keçirildi!

06 may 2025 | 15:14
Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva,Füzuli RPŞ-nin rəisi Zaur Abbasov, rayon ziyalıları və gənclər iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərəktaleyimizin həll olunduğu ağır dönəmlərdə xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan dahi şəxsiyyət Heydər Əliyevin doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdiyini vurğulayaraq, müstəqil Azərbaycanın indiki inkişaf mərhələsinin təməlində məhz Ümummilli lider Heydər Əliyev siyasətinin olduğunu qeyd etdi. Alı Alyev Ulu Öndər Heydər Əliyevin qurduğu vəhər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu bu gün onun siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğula davam etdirildiyini diqqətə çatdırdı.
Daha sonra YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva çıxış edərək, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında yaradılan və inkişaf edən Yeni Azərbaycan Partiyasının 90-cı illərin əvvəllərində ölkəmizdə yaranan mürəkkəb siyasi vəziyyətdən asılı olaraq, zamanın tələbinə uyğun, xalqın arzu və istəkləri əsasında yardıldığını qeyd edərək, bu gündə Azərbaycan Respublikasını beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil edən nümunə olduğunu vurğuladı.
Füzuli rayon Polis şöbəsinin rəisi Zaur Abbasov öz nitqində Azərbaycanda müasir qanunvericilik bazasının müəllifinin və qanunvericilik sisteminin dövlət təminatçısının Ulu Öndər Heydər Əliyev olduğunu diqqətə çatdırdı. Zaur Abbasov, həmçinin, ölkəmizin mövcud suverenliyi üçün dahi lider Heydər Əliyevə borclu olduğumuzu qeyd etdi.
Daha sonra digər çıxış edənlərFüzuli rayon Statistika İdarəsinin müdiri Rafiq Məstəliyev və Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev Ulu Öndərin xalqa sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, müxtəlif sahələrdə qəbul etdiyi qanunlar, parlaq hafizəsi, geniş dünyagörüşü, həssas qəlbi, həmişə obyektiv mövqe tutması barədə söz açdılar, o cümlədən siyasi lider və Azərbaycanın qurucusu olaraq hər zaman xalqın qəlbində yaşayacağını qeyd etdilər.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Keçidlər