Küçə ticarətinin yığışdırılması, yol kənarlarında mövcud olan yararsız reklam lövhələrinin götürülməsi, magistral və kəndarası yolların, ictimai-iaşə, ticarət və digər obyektlərin, dayanacaqların ətrafının təmizlənməsi və yollarda müşahidə olunan sıxlıqların aradan qaldırılması ilə bağlı müşavirə keçirildi!
26 may 2025 | 11:09
Füzuli rayonunda ərazidə küçə ticarətinin yığışdırılması, yol kənarlarında mövcud olan yararsız reklam lövhələrinin götürülməsi, magistral və kəndarası yolların, ictimai-iaşə, ticarət və digər obyektlərin, dayanacaqların ətrafının təmizlənməsi və yollarda müşahidə olunan sıxlıqların aradan qaldırılması ilə bağlı müşavirə keçirildi.
Müşavirədə RİH-nin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyələr, aidiyyəti qurumların rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Müşavirə başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev müşavirəni giriş sözü ilə açaraq, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfərdən sonra ölkəmizin artan siyasi nüfuzundan, işğaldan azad edilmiş ərazilərdə aparılan geniş tikinti-quruculuq işlərindən söz açdı.
Daha sonra Alı Alıyev Füzuli Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, rayon ərazisində aparılmış monitorinqlər nəticəsində küçə ticarətinin yığışdırılması, yol kənarlarında mövcud olan yararsız reklam lövhələri götürülməsi, magistral və kəndarası yolların, ictimai-iaşə, ticarət və digər obyektlərin, dayanacaqların ətrafının təmizlənməsi, yaşıllıqlara lazımi qulluq göstərilməsi, abadlıq işlərinin aparılması, ət-kəsim məntəqələrində sanitar-gigiyenik qaydalara əməl olunması və yollarda müşahidə olunan sıxlıqların aradan qaldırılması məqsədilə duracaq zonalarının yaradılması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş ciddi tədbirlər barədə geniş məlumat verdi.
Müşavirədə Füzuli Rayon Məhkəməsinin sədri Elmir Hüseynov, Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional bölməsinin əməkdaşı Qabil Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Cavidan Əliyev, Füzuli RPŞ-nin Dövlət Yol Polisi bölməsinin rəisi Bayram Cəfərov, 38 nömrəli Yol İstismar MMC-nin direktor əvəzi İzzət Hacıyev çıxış etdilər.
Mövzu ətrafında müzakirələr aparıldı, irad və təkliflər dinlənildi.
Daha sonra görülmüş işlərin nəzarətdə saxlanılması və aidiyyəti üzrə müvafiq tədbirlərin mütəmadi görülməsi məqsədilə komissiya yaradıldı və komissiyaya aidiyyəti üzrə tapşırıqlar verildi.