Şriftin ölçüsü :

Saytın rəngi :

l Qarabağ müharibəsinin itkin düşmüş şəhidi dəfn olundu!

29 avqust 2025 | 14:52

l Qarabağ müharibəsi zamanı 02 aprel 1993-cü ildə Füzuli rayonu Qacar kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüş 1966-cı il təvəllüdlü şəhid Əliyev Sumbat Nüdrət oğlu anadan olduğu Füzuli rayonu Aşağı Kürdmahmudlu kəndində dəfn olunmuşdur. Onun nəşinin qalıqları Xocavənd rayonunun Zoğalbulaq kəndində tapılıb. Şəhidin dəfnində Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailə üzvləri, rayon ictimaiyyətnin nümayəndələri iştirak etdi

Keçidlər