Şriftin ölçüsü :

Saytın rəngi :

“Müzəffər ordumuz” adlı konsert proqramı təşkil olundu

27 iyun 2023 | 08:30

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü  münasibəti ilə “Müzəffər ordumuz” adlı konsert proqramı təşkil olunub. Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli rayon Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə hazırlanan, Horadiz şəhərində yerləşən Muğam Mərkəzinin yay zalında keçirilən konsertdə rayon İcra hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, hərbiçilər, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ölkəmizdə uğurlu ordu quruculuğu siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin hazırda Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə daha da uğurla davam etdirildiyini diqqətə çatdırdı. 44 günlük Vətən müharibəsinin tariximizə şanlı səhifə olaraq yazıldığını vurğulayan Alı Alıyev müzəffər ordumuzun bizlərə bəxş etdiyi böyük Zəfərin xalqımız üçün əbədi qürur mənbəyi olduğunu diqqətə çatdırdı. Bu qürura görə şanlı ordumuza, qəhrəman şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu bir daha vurğulayan Alı Alıyev bütün xalqımızı və ordumuzu, eləcə də bütün Füzuliləri 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü  münasibəti ilə ürəkdən təbrik etdi.Tədbir Füzuli rayon Mədəniyyət evinin hazırladığı rəngarəng konsert proqramı ilə davam etdi.

Keçidlər