Nərimanov rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirildi!
Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev 11.10.2024-cü il tarixdə Nərimanov rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH başçısı Aparatının məsul şəxsləri və Nərimanov rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlər iştirak etdilər.
Səyyar qəbulda çıxış edən RİH başçısı Alı Alıyev qeyd etdi ki, vətəndaşlarla keçirilən görüşlərin məqsədi onları narahat edən problemlərin yerindəcə öyrənilməsi,həmin problemlərin həlli istiqamətində operativ addımların atılmasıdır . Belə görüşlərin ölkə Başçısı cənab İlham Əliyevin tapşırığı əsasən rayon sakinləri ilə mütəmadi olaraq keçirildiyini bildirən Alı Alıyev vətəndaşların müraciətlərinə həssas münasibətin göstərildiyini diqqətə çatdırdı.
Daha sonra rayon rəhbəri tərəfindən sakinlərin müraciətləri dinlənildi. Əksəriyyəti Füzuli rayonunun işğaldan azad edilmiş yaşayış məntəqələrinin bərpası və vətəndaşların doğma torpaqlarına köçürülməsi ilə bağlı olan müraciətlərə Rayon rəhbəri tərəfindən aydın izahatlar və ətraflı məlumatlar verildi.