Növbəti səyyar qəbul 1 Nömrəli Qayıdış qəsəbəsində keçirdi!
Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 03.02.2025-ci il tarixdə 1 Nömrəli Qayıdış qəsəbəsində səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları və xidmət-təşkilat rəhbərləri iştirak etdilər.
Füzuli RİH başçısı ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə rayonumuzda aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən bəhs etdi.
Daha sonra qəsəbə sakinlərinin müraciətləri dinlənildi və onları narahat edən problemlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülərək aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.