Növbəti səyyar qəbul Mollaməhərrəmli kəndində keçirildi!
Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 05.07.2024-cü il tarixdə Mollaməhərrəmli kəndində səyyar qəbul keçirdi. Səyyar qəbulda Rayon Prokuroru Ramiz Əliyev, RİH-in məsul əməkdaşları və xidmət-təşkilat rəhbərləri iştirak etdilər.
Füzuli RİH başçısı ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə rayonumuzda aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən bəhs etdi.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənildi və onları narahat edən problemlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülərək aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.