Şriftin ölçüsü :

Saytın rəngi :

Od çərşənbəsi böyük sevinc və coşqu ilə qeyd olundu!

03 mart 2026 | 19:56
Bu gün Füzuli rayonunda ikinci çərşənbə – Od çərşənbəsi böyük sevinc və coşqu ilə qeyd olundu. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bu münasibətlə Zobucuq qəsəbəsində məskunlaşmış sakinlərlə bir araya gəldi. Tədbirlərdə şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Od çərşənbəsi münasibətilə şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarını və bütün sakinləri təbrik edən Alı Alıyev, Novruz ənənələrini əks etdirən od çərşənbəsi tonqalı ətrafında birgə toplaşmanın, ümidli sözlər söyləmənin, ailə, yaxınlar və dostların birlikdə olmasının insanların bir-birinə bağlılığını, sevgi və ehtiramını artırdığını vurğuladı.
Rayonun ayrı-ayrı yaşayış məntəqələrində keçirilən Od çərşənbəsi bayram tədbirləri Novruz ənənələrini özündə yaşadan məzmunla davam etdirilib.
Keçidlər