“Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət” adlı tədbir keçirildi !
02 dekabr 2023 | 10:42
Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Füzuli RİH-in inzibati binasında “Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət” adlı tədbir keçirildi. Tədbirdə Füzuli RİH-nin, Füzuli rayon Statistika idarəsinin, Füzuli rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin, Heydər Əliyev Mərkəzinin əməkdaşları, gənclər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbirə başlamazdan öncə bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Füzuli Rayon İcra Hakmiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Teymurov çıxış edərək dövlət müstəqilliyinin bərpasından sonra Ümumilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırdı. Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısının uğurla alındığını vurğulayan Vüqar Teymurov iqtisadi siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və yeni çalarlarla zənginləşdirildiyini qeyd etdi.
Daha sonra DAİM-nin direktor müavini Nəriman Quliyev, Füzuli rayon Statistika idarəsinin əməkdaşı Anar Əliyev, Heydər Əliyev Mərkəzinin əməkdaşı İlahə Cəfərova çıxış edərək, iqtisadiyyatın bütün sahələrində aparılan islahatların qısa zaman ərzində verdiyi çoxsaylı müsbət nəticələrdən bəhs etdilər.