“Qalib Azərbaycan gəncliyi” adlı tədbir keçirildi!
02 fevral 2024 | 17:46
2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirildi. RİH-nin akt zalında keçirilən tədbirdə RİH başçısı Alı Alıyev və rayonda müxtəlif sahələrdə çalışan gənclər iştirak etdilər. Tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndi, bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən, gənclərin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğundan bəhs etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfərin mənbəyində Azərbaycan gəncliyinin vətənpərvərlik, vətənə, torpağa olan sevgisi hislərinin dayandığını diqqətə çatdıran Alı Alıyev gəncləri 2 fevral- Gənclər Günü münasibəti ilə ürəkdən təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Daha sonra gənc qazi Nadir Əliyev, gənc təhsil işçisi Solmaz Qənimətli, rayonun fəal gənclərindən olan Arzu Mirzəliyeva çıxış etdilər.
Sonda bir qrup fəal gənc Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlarla təltif olundular.