Şriftin ölçüsü :

Saytın rəngi :

“Qalib ölkə -qalib gənclik” adlı tədbir keçirildi!

26 dekabr 2023 | 14:36

Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qalib ölkə-qalib gənclik” adlı təbir keçirildi. Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə Füzuli RİH tərəfindən keçirilmiş müsabiqə qaliblərinin mükafatlandırılması məqsədilə təşkil olunmuş tədbirdə müsabiqə qalibləri, müəllimlər, valideynlər iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Füzuli RİH-nin başçısı Alı Alıyev çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövlətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs etdi. Vətən müharibəsində qazandığımız böyük Zəfərdən söz açan Alı Alıyev, bu qalibiyyətdə Azərbaycan gəncliyinin xüsusi rolunu, qəhrəman şəhidlərimizin və qazilərimizin döyüş yollarının əsil vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırdı.
Daha sonra “Əbədiyaşar Lider” adlı bədii qiraət və “Xalqın Xilaskarı” adlı inşa müsabiqəsinin qalibi olan şagirdlər mükafatlandırıldılar. Bədii qiraət müsabiqəsində E.Piriyev adına Böyük Bəhmənli kənd 1№li tam orta məktəbin V sinif şagirdi Əliyeva Gülay Baxşəli qızı I yerə, 59№li tam orta məktəbin VII sinif şagirdi Qədirli Ofelya Vahab qızı II yerə, M.Səfərov adına Horadiz şəhər 1№li tam orta məktəbin VII sinif şagirdi Hüseynova Yağmur Xəyyam qızı III yerə layiq görüldü. Üçbulaq kənd tam orta məktəbin VII sinif şagirdi Salmanlı Aytac Pərviz qızı və General M. Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbin VII sinif şagirdi Sadıqlı Aylin Bəhruz qızı isə iştirakçı diplomuna layiq görüldülər.
İnşa müsabiqəsində Füzuli rayon 30№li tam orta məktəbin IX sinif şagirdi Əjdərova Fatimə Fuad qızı I yerə, Füzuli rayon 9№li tam orta məktəbin IX sinif şagirdi Nəbiyeva Ayan İlkin qızı II yerə, R.Əkbərov adına Kürdmahmudlu kənd tam orta məktəbin IX sinif şagirdi Əzimova Lətifə Xəyyam qızı III yerə layiq görüldülər. Qaliblərə Fəxri Fərman və pul mükafatları təqdim olundu.

Keçidlər