Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağ ətirli Novruzum” adlı bayram tədbiri keçirildi!

19 mart 2024 | 14:31
Füzuli Rayon İcra Hakimiyətinin, Füzuli Dövlət Dram Teatırının və Füzuli Mədəniyyət Evinin təşkilatçılığı ilə “Qarabağ ətirli Novruzum” adlı bayram tədbiri keçirildi. Horadiz İdman Kompleksində keçirilən tədbirdə Füzuli RİH başçısı Alı Alıyev, Hüquq-mühafizə orqanlarının rəhbərləri, Hərbçilər, şəhid ailələri, qazilər və ictimaiyət nümayəndələri iştirak etdilər.
Füzuli RİH-nin başçısı Alı Alıyev tədbirdə çıxış edərək, müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı böyük zəfər sayəsində artıq bu il Novruz Bayramı bütöv Azərbaycan və qalib xalq olaraq qeyd edildiyini diqqətə çatdırdı. Bütün xalqımızı bayram münasibəti ilə ürəkdən təbrik edən Alı Alıyev Allahdan şəhidlərə rəhmət, qazilərə şəfa dilədi.
Daha sonra tədbir şən musiqilər, rəqslər, Novruz atributları olan Kosa və Keçəlin maraqlı oyunları, idmançıların nümunəvi idman hərəkətləri, Bahar qız və Dədə Qorqudun təbriki ilə davam etdi.
Sonda şəhid ailə üzvlərinin iştirakı ilə bayram tonqalı yandırıldı.
Keçidlər