Şriftin ölçüsü :

Saytın rəngi :

"Qəhrəmanlar Parkı" mədəniyyət işçiləri tərəfindən ziyarət olundu!

27 oktyabr 2025 | 16:44

Füzuli rayonunda 8 noyabr-Zəfər Gününün beşinci ildönümü ərəfəsində Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı” rayonda fəaliyyət göstərən müxtəlif idarə, müəssisə və təşkilatların kollektivləri tərəfindən ziyarət olunur. Bu gün Qarabağ Regional Mədəniyyət İdarəsi Füzuli rayon Mədəniyyət müəssisələrinin kollektivləri tərəfindən “Qəhrəmanlar Parkı”nda şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə kompleksləri və şəhid şəkillərindən ibarət lövhələr ziyarət olunub, abidə önünə tər çiçəklər düzülüb, şəhidlərin ruhuna dualar oxunub.

Keçidlər