“Qəhrəmanlar Parkı” ziyarət edildi!
27 oktyabr 2025 | 10:52
Bu gün Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və RİH-nin əməkdaşları Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı”nı ziyarət ediblər. Ziyarətçilər parkda şəhidlərin əziz xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidə önünə gül dəstələri qoyub, həmçinin şəhidlərin şəkillərindən ibarət xatirə lövhələrini ziyarət ediblər. Sonda şəhidlərin ruhuna dualar oxundu, Allahdan onlara rəhmət diləndi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!






