”Qəhrəmanlar Parkı” ziyarət olundu!
12 iyul 2025 | 19:17
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və şəhid ailələri Horadiz şəhərində yerləşən ”Qəhrəmanlar Parkı”nı ziyarət etdilər. Ziyarətçilər parkda şəhidlərin əziz xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidə komplekslərini, eləcə də şəhid şəkillərindən ibarət xatirə lövhələrini ziyarət edib xatirə şəkilləri çəkdirdilər. Sonda Şəhidlərin ruhuna dualar oxundu, Allahdan onlara rəhmət diləndi.






