Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyətinin başçısı Yuxarı Kürdmahmudlu kəndində vətəndaşlarla səyyar qəbul keçirdi!

29 iyul 2024 | 15:29

Füzuli RİH başçısı Alı Alıyev 29.07.2024-cü il tarixdə Yuxarı Kürdmahmudlu kəndində səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları, xidməti təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdilər.

Səyyar qəbulların bütün yaşayış məntəqələrində keçirildiyini diqqət çatdıran Alı Alıyev, 44 günlük Vətən müharibəsində qazanılan böyük zəfərdən, rayonun sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etdi.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənildi. Qaldırılan məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyatı üzrə idarə- təşkilat rəhbərlərinə tapşırıqlar verildi. 

Keçidlər