Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının 10 Nömrəli Qayıdış qəsəbəsində səyyar qəbulu keçirildi!

24 fevral 2024 | 19:56

    Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyevin 24.02.2024-cü il tarixdə 10 Nömrəli Qayıdış qəsəbəsində səyyar qəbulu keçirildi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları və xidmət-təşkilat rəhbərləri iştirak etdilər .

   Qəbulda çıxış edən  RİH başçısı Alı Alıyev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə keçirilən səyyar qəbulların əhalinin qayğı və problemlərinin yerində öyrənilməsinə və operativ həllinə geniş imkan yaratdığını bildirdi.

    Daha sonra qəsəbə sakinləri fərdi qaydada dinlənilərək, qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.

Keçidlər