Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının 4 Nömrəli Qayıdış qəsəbəsində səyyar qəbulu keçirildi!

16 fevral 2024 | 11:49

    Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyevin 15.02.2024-cü il tarixdə 4 Nömrəli Qayıdış qəsəbəsində səyyar qəbulu keçirildi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları və xidmət-təşkilat rəhbərləri iştirak etdilər .

    RİH başçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, yerlərdə mütəmadi səyyar qəbul və görüşlər keçirildiyini bildirdi və belə görüşlərin müsbət nəticələrinin olduğunu qeyd etdi.

    Səyyar qəbulda qəsəbə sakinlərini narahat edən müxtəlif məsələlər rayon rəhbəri tərəfindən dinlənildi və müvafiq izahatlar verildi.  Qaldırılan  məsələlərin həlli istiqamətində əlaqədar təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.

Keçidlər