Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirildi!
06 dekabr 2022 | 09:45
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbulu 05.12.2022-ci il tarixində 1 nömrəli Qayıdış qəsəbəsində keçirildi. RİH başçısı Alı Alıyev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bütün yaşayış məntəqələrində vətəndaşlarla görüşlərin keçirildiyini, onları narahat edən problemlərin yerində öyrənildiyini və aradan qaldırılması üçün lazımi tədbirlərin görüldüyünü bildirdi. Səyyar qəbulda müraciət və təkliflər dinlənildikdən sonra qəsəbə sakinlərinə müvafiq izahatlar verildi. Qəsəbə sakinlərini narahat edən məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.