Rayon məktəblərində monitorinq keçirildi!
Füzuli Rayon İcra Hakimiyyəti, QRTİ-nin Füzuli rayon üzrə təhsil sektoru və Füzuli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində N. Süleymanov adına Mollaməhərrəmli kənd tam orta məktəbdə, M. Hacıyev adına Babı kənd tam orta məktəbdə, Arayatılı kənd tam orta məktəbdə, M.Səfərov adına Horadiz şəhər 1 nömrəli tam orta məktəbdə və F.Zalov adına Horadiz şəhər 3 nömrəli tam orta məktəbdə monitorinq keçirilmişdir.
Monitorinqdə Füzuli RİH-nin əməkdaşları Azər Mehdiyev, Coşqun Hətəmzadə, İlahə Süleymanova, Elşad Hacıyev, QRTİ-nin Füzuli rayon üzrə təhsil sektorunun əməkdaşları Elman Rzayev, Rəqsanə Hacıyeva, Füzuli RPŞ Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə baş inspektor, polis mayoru Elnur Ələkbərov iştirak etmişdilər.
Monitorinq zamanı şagirdlərin dərsə davamiyyəti, nizam- intizamı ilə yaxından maraqlanan əməkdaşlar tərəfindən şagirdlərlə insan hüquqları, eləcə də uşaq hüquqları, zərərli vərdişlərdən qorunma yolları, məişət zorakılığı, həmçinin uşaqlara qarşı zorakılığın yolverilməzliyi, təhsildənyayınma hallarının hüquqi məsuliyyətləri, erkən və qohum nikahların fəsadları barəsində söhbət aparılmışdır.
Söhbət zamanı şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.