Şriftin ölçüsü :

Saytın rəngi :

“Rənglərin sehrində” adlı rəsm sərgisi keçirildi !

16 oktyabr 2023 | 10:01

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Rənglərin sehrində” adlı rəsm sərgisi keçirildi. Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli Rayon Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə, Horadiz şəhəri Muğam Mərkəzində keçirilən sərgidə Füzuli RİH başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, müxtəlif idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak etdilər. Sərgidə həvəskar rəssamların və dərnək üzvü olan rəssamların 50-dən çox peyzaj, portret janrında olan, eləcə də naturadan çəkilmiş rəsm əsərləri nümayiş olundu. Sərgiyə baxış zamanı yağlı boya ilə kətan üzərində və şəffaf şüşə üzərində çəkilmiş rəsmlər xüsusi maraqla qarşılandı.

Keçidlər