Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Alı Alıyev Babı kəndində səyyar qəbul keçirdi!

05 yanvar 2026 | 16:23
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ilin ilk səyyar qəbulunu 05.01.2026-cı il tarixdə rayonun Babı kəndində keçirdi. Qəbulda RİH-in məsul əməkdaşları, rayonun idarə-müəssisə, xidməti təşkilatların rəhbərləri, kənd sakinləri iştirak etdilər.
     Füzuli RİH başçısı Alı Alıyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bütün yaşayış məntəqələrində səyyar görüşlərin keçirildiyini qeyd etdi. Rayon rəhbəri keçirilən səyyar qəbulların vətəndaşları narahat edən problemlərin həlli istiqamətində olduqca əhəmiyyətli olduğunu vurğuladı.
    Qaldırılan məsələlərinin həlli ilə bağlı Rayon rəhbəri tərəfindən aidiyyəti xidmət sahələrinin rəhbərlərinə yerindəcə müvafiq tapşırıq və tövsiyyələr verildi.
Keçidlər