RİH başçısı Alı Alıyev Dördüncü Zobucuq qəsəbəsində səyyar qəbul keçirdi!
16 dekabr 2025 | 15:51
Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 16.12.2025-ci il tarixdə Dördüncü Zobucuq qəsəbəsində səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları və xidmət-təşkilat rəhbərləri iştirak etdilər.
Füzuli RİH başçısı Alı Alıyev keçirilən səyyar qəbulların bütün yaşayış məntəqələrini əhatə etdiyini bildirdi və əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etdi.
Səyyar qəbul zamanı qəsəbə sakinləri müxtəlif mövzularda müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənildikdən sonra qanunamüvafiq izahatlar və aiddiyyəti üzrə tapşırıqlar verildi.






