RİH başçısı Alı Alıyev növbəti səyyar qəbul keçirdi!
20 sentyabr 2024 | 15:04
Füzuli rayon İcra Hakimiyyətinin başçısı qəbul qrafikinə uyğun olaraq 19.09.2024-cü il tarixdə 400 evlik məcburi köçkün qəsəbəsində sakinlərlə səyyar qəbul keçirdi.
Səyyar qəbulda Füzuli rayon prokuroru Ramiz Əliyev, Füzuli Polis şöbəsinin rəisi Zaur Abbasov, İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonda fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Səsləndirilən vətəndaş müraciətləri ilə bağlı qanunamuvafiq izahatlar verildi, müraciətlərin bir qisminin həlli üçün RİH başçısı tərəfindən aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilərək nəzarətə götürüldü.