RİH başçısı Babı kəndində səyyar qəbul keçirdi!
Füzuli Rayonu İcra Hakimiyyətinin başçısı Alı Alıyev 17.01.2024-cü il tarixdə Babı kəndində vətəndaşlarla səyyar qəbul keçirdi. Səyyar qəbuldu RİH-in məsul əməkdaşları və xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər.
Füzuli rayon İcra hakimiyyəti başçısı Aı Alıyev çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verdi
Sakinlərin təklifləri, istəkləri dinlənildi və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.