RİH başçısı Beyləqan rayonunda müvəqqəti məskunlaşan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi!
RİH başçısı Alı Alıyev 19.06.2023-cü il tarixdə Beyləqan rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi . Səyyar qəbulda Füzuli RİH-in məsul əməkdaşları iştirak etdilər.
Alı Alıyev bildirdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Füzuli rayonunun bütün yaşayış məntəqələrində, eləcə də Respublikanın digər şəhər və rayonlarında müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayon sakinləri ilə mütamadi səyyar görüşlər keçirilir.
Səyyar qəbulda Füzuli rayonunun müxtəlif yaşayış məntəqələrində qeydiyyatda olan vətəndaşların müraciətləri dinlənildi. RİH başçısı Alı Alıyev vətandaşların müraciətlərinin həlli ilə bağlı lazımi tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verdi.