Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Nərimanov rayonunda müvəqqəti məskunlaşan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi!

17 avqust 2023 | 09:41

RİH başçısı Alı Alıyev 16.08.2023-cü il tarixdə Nərimanov rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi . Səyyar qəbulda Füzuli RİH-in məsul əməkdaşları iştirak etdilər.

Alı Alıyev bildirdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Füzuli rayonunun bütün yaşayış məntəqələrində, eləcə də ölkənin digər şəhər və rayonlarında müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlər ilə mütamadi səyyar görüşlər keçirilir.

Səyyar qəbulda Füzuli rayonunun müxtəlif yaşayış məntəqələrində qeydiyyatda olan vətəndaşların müraciətləri dinlənildi. RİH başçısı Alı Alıyev tərəfindən vətandaşlara müraciətləri ilə bağlı qanunamüvafiq izahatlar və aidiyyəti qurumlara isə ciddi tapşırıqlar verildi. 

Keçidlər