RİH başçısının 400 evlik məcburi köçkün qəsəbəsində səyyar qəbulu keçirildi!
21 dekabr 2022 | 17:36
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin Bala Bəhmənli kəndi ərazisində inşa edilmiş 400 evlik məcburi köçkün qəsəbəsində səyyar qəbul keçirildi. Alı Alıyev rayon ərazisində, eləcədə başqa rayon və şəhərlərdə məskunlaşan Füzuli rayon sakinləri ilə mütəmadi görüşüldüyünü və onları narahat edən problemlərin aradan qaldırılması üçün lazımi köməkliyin göstərildiyini bildirdi. Görüşdə qəsəbə sakinlərinin müxtəlif sahələrdən olan müraciətləri dinlənildi və həll olunması üçün müvafiq tapşırıqlar verildi.