Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının Babı kəndində səyyar qəbulu keçirildi!

02 iyul 2022 | 12:57

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 02 iyul tarixdə Füzuli rayonunun Babı kəndində səyyar qəbul keçirib. Səyyar qəbulda Alı Alıyev Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Füzuli rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Səyyar qəbulda ayrı-ayrı sahələrə dair sakinlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, həlli rayon səviyyəsində mümkün olmayan müraciətlər nəzarətə götürülərək aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılıb.

Keçidlər