RİH başçısının Beşinci Zobucuq qəsəbəsində səyyar qəbulu keçirildi!
Füzuli RİH başçısı Alı Alıyevin 08.08.2023-cü il tarixdə Beşinci Zobucuq qəsəbəsində səyyar qəbulu keçirildi. Beşinci Zobucuq qəsəbəsi İƏD üzrə nümayəndəliyin inzibati binasında keçirilən səyyar qəbulda RİH-in məsul əməkdaşları və aidiyyəti xidmət təşkilatların rəhbərləri iştirak etdilər.
RİH başçısı Alı Alıyev bildirdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bütün yaşayış məntəqələrində vətəndaşlarla görüşülür və onların problemlərinin həll edilməsi üçün lazımi tədbirlər görülür.
Səyyar qəbulda qəsəbə sakinlərinin müxtəlif sahələrdən olan müraciətləri dinlənildi və həlli üçün aidiyyəti xidmət təşkilatlarına konkret tapşırıqlar verildi.