Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının iyun ayında 4 səyyar qəbulu keçirilib!

16 iyun 2022 | 09:08

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev iyun ayında Füzuli rayonunun müxtəlif yaşayış məntəqələrində və İmişli rayonunda müvəqqəti məskunlaşan Füzuli rayon sakinləri üçün ümumilikdə 4 səyyar qəbul keçirib. Səyyar qəbullarda Alı Alıyev Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Füzuli rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Səyyar qəbullarda Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar sahəsi, Su-Kanal idarəsi və digər xidmət təşkilatlarının rəhbərləri Füzuli rayon sakinləri qarşısında hesabat veriblər. Keçirilən qəbullarda ayrı-ayrı sahələrə dair sakinlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, həlli rayon səviyyəsində mümkün olmayan müraciətlər nəzarətə götürülərək aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılıb.

Keçidlər