RİH Başçısının Qarabağ kəndində səyyar qəbulu keçirildi!
29 noyabr 2022 | 12:48
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 28.11.2022-ci tarixdə Füzuli rayonunun Qarabağ kəndində səyyar qəbul keçirib. Səyyar qəbulda Alı Alıyev Prezident İlham Əliyevin tapşırığı əsasında bütün yaşayış məntəqələrində vətəndaşlarla görüşüldüyünü və onların problemlərinin yerində həll olunması üçün lazımi tədbirlərin görüldüyünü bildirdi. Səyyar qəbulda ayrı-ayrı sahələrə dair sakinlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən dinlənildi və həlli üçün ciddi tapşırıqlar verildi.