Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının Şükürbəyli kəndində səyyar qəbulu keçirildi!

24 fevral 2023 | 17:36

Füzuli rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev 23.02.2023-cü il tarixdə Şükürbəyli kəndində Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları və əlaqədar təşkilatların rəhbər şəxslərinin iştirakı ilə səyyar qəbul keçirdi.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinn başçısı çıxış edərək bildirdi ki, vətəndaşlarla səyyar görüşlərin mütəmadi keçirilməsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin vətəndaşlara göstərdiyi qayğı və diqqətin nəticəsidir. RİH başçısının Aşağı Seyidəhmədli inzibati ərazi dairəsi üzrə nümayəndəsi çıxış edərək 2022-ci ildə Şükürbəyli kəndində keçirilmiş səyyar qəbulda qaldırılmış məsələlərin həlli ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.
Səyyar qəbulda kənd sakinlərinin müxtəlif sahələrdən olan müraciətləri dinlənildi. RİH başçısı tərəfindən müraciətlərlə bağlı sakinlərə müvafiq izahatlar və onları narahat edən problemlərin aradan qaldırılması üçün aidiyyəti qrumlara konkret tapşırıqlar verildi.

Keçidlər