Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirildi!

16 yanvar 2024 | 12:17

Füzuli Rayon  İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbulu 15.01.2024-cü il tarixdə keçirildi.

Saatlı rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə keçirilən səyyar qəbulda Rayon İcra Hakimiyətinin məsul əməkdaşları iştirak etdilər.

Səyyyar qəbulda çıxış edən rayon rəhbəri bildirdi ki, səyyar görüşlərin keçirilməsində əsas məqsəd vətəndaşlarla birbaşa görüşmək, onları narahat edən problemləri yerində müəyyən etmək və qısa müddətə həllinə nail olmaqdır.

Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənildi, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi ilə bağlı rayon rəhbəri tərəfindən vətəndaşlar qanunamüvafiq izahatlar verildi. Vətəndaşları narahat edən problemlərin bir hissəsi isə aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq icraata götürüldü.

Keçidlər