Sabirabad rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirildi!
Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev 13.01.2024-cü il tarixdə Sabirabad rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirildi. Səyyar qəbulda RİH başçısı Aparatının məsul şəxsləri və Sabirabad rayonunda müvəqqəti məskunlaşan Füzuli rayonundan olan məcburi köçkünlər iştirak etdilər.
RİH başçısı Alı Alıyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan, azad edilmiş ərazilərdə, eləcədə Füzuli rayonunda aparılan tikinti-quruculuq işlərindən bəhs etdi.
Daha sonra rayon rəhbəri tərəfindən sakinlərin müraciətləri dinlənildi. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi ilə bağlı RİH başçısı tərəfindən qanunamüvafiq izahatlar verildi, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verdi.