Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirildi!

08 aprel 2026 | 17:21

Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev 08.04.2026-cı il tarixdə Sabirabad rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH başçısı Aparatının məsul şəxsləri və Sabirabad rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlər iştirak etdilər.
Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərdən, azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işlərindən və köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışdı.
Səyyar qəbulda vətəndaşların müraciətləri dinlənildi, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürüldü.

Keçidlər