Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günü qeyd edildi!

13 fevral 2026 | 17:25
Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin rəisi İxdiyar Əhmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin nümayəndələri, qazilər və Xidmət işçiləri iştirak etdilər.
Tədbir iştirakçıları Horadiz şəhərində Ümummilli lider Heydər Əliyevin adını daşıyan Heydər Parkında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Rayon İcra Hakimiyyətinin başçısıAlı Alıyev Dövlət xidmətinin rayon şöbəsi əməkdaşlarının timsalında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bütün şəxsi heyətini peşə bayramı münasibətilə təbrik edib, onlara dövlətə, orduya, xalqa xidmətdə yeni-yeni uğurlar arzuladı.
Sonda şöbənin bir neçə əməkdaşı rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edildi.
Keçidlər