"Şəhərsalma və Memarlıq İli" çərçivəsində 8 Noyabr-Zəfər Gününün altıncı ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilib!
02 noyabr 2026 | 14:46
Füzuli rayonunda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində 8 Noyabr-Zəfər Gününün altıncı ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilib. Aksiyada Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının rəhbəri Nazimə Şamıyeva, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ağacəkmə aksiyası zamanı Horadiz şəhəri ərazisində 100 ədəd meşə ağacı, 100 ədəd şam ağacı olmaqla cəmi 200 ədəd ağac əkilib və yeni əkilmiş ağaclara lazımi aqrotexniki qulluq göstərilib.






