“Şəhərsalma və Memarlıq İli ” çərçivəsində növbəti tədbir keçirildi!
24 fevral 2026 | 17:48
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli ” elan edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq Horadiz şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Xocalı” abidə kompleksinin ətrafında abadlıq və təmizlik aksıyası keçirildi.
Füzuli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Füzuli rayon Mənzil İstismar İdarəsinin, Füzuli rayon Kommunal Müəsisələr Kombinatının, Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Füzuli rayon Statistika İdarəsinin əməkdaşları iştirak etdilər.






