“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev müasir və müstəqil Azərbaycanın memarıdır” adlı dəyirmi masa keçirildi!
11 mart 2026 | 16:43
Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Ağsaqqallar şursının sədri Zülfüqar Əliyev, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Füzuli rayonu üzrə nümayəndələri, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Qarabağ regional bölməsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra “Heydər Əliyev müasir Azərbaycanın memarıdır” adlı videoçarx izlənildi.
Daha sonra tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, həmçinin Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindən, ölkəmizin sabitlik və tərəqqi yoluna qədəm qoymasından, müasir və güclü dövlətə çevrilməsindən danışdı. Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Alı Alıyev ölkəmizin bütün bölgələrində, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri, müasir şəhərsalma və memarlıq layihələri Azərbaycanın sürətli inkişafının bariz nümunəsi olduğunu diqqətə çatdırdı.
Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Füzuli rayonu üzrə nümayəndəsi Sərxan Əhmədov, Ağsaqqallar şurasının sədri Zülfüqar Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Şəhanə Kərimova, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Qarabağ regional bölməsinin əməkdaşı Ülvi Abbasov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqil dövlət quruculuğu və ölkəmizin hərtərəfli inkişafı istiqamətində həyata keçirdiyi tarixi xidmətlərdən geniş bəhs etdilər. Çıxış edənlər şəhərsalma və memarlıq sahəsində də Heydər Əliyevin müəyyən etdiyi inkişaf xətti bu gün uğurla davam etdirildiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün bölgələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin aparıldığını, müasir şəhərsalma prinsiplərinə uyğun yeni yaşayış məntəqələrinin salındığını qeyd etdilər.






