Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəhərsalma və Memarlıq İli” çərçivəsində yaşıllaşdırma aksiyası keçirildi!

19 fevral 2026 | 13:58
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu əlamətdar hadisə, bütün ölkəmizdə olduğu kimi, Füzuli rayonunda da böyük coşqu və ruh yüksəkliyi ilə qarşılanıb. Füzuli Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq, rayon ərazisində genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri uğurla davam etdirilir.
Bu gün keçirilən aksiyada Horadiz-Bakı avtomobil yolunun 1 nömrəli Qayıdış qəsəbəsindən keçən hissəsində 0,08 hektar ərazidə 220 ədəd qızılgül, 50 ədəd həmişəyaşıl kolu və Böyük Bəhmənli kəndi ərazisində 0,06 hektar ərazidə isə 200 ədəd qızılgül kolu əkilib. Yeni əkilən gül kolları suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.
Aksiyada Füzuli Rayon İcra Hakimiyyəti rəhərliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional idarəsi nümayəndələri, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Komitənisinin Mənzil İstismar Departamentinin Füzuli Rayon Kommunal-Mənzil İstismar sahəsi əməkdaşları, Füzuli Kommunal Müəssisələr Kombinatı və “DOST” MMC-nin işçiləri iştirak ediblər.
Bu təşəbbüs, rayonumuzda yaşıllaşdırma, abadlıq və təmizlik işlərinin davam edəcəyinə dair böyük bir addımdır və Füzuli rayonunun gözəlləşməsinə töhfə verəcəkdir.
Keçidlər