Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri üçün iftar süfrəsi açıldı!

05 aprel 2024 | 12:03
Müqəddəs Ramazan bayramı ərəfəsində Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri üçün iftar süfrəsi açıldı. İftarda Füzuli rayon İcra Hakimiyyətinin əməkdaşları və şəhid ailələri iştirak etdilər.
Əvvəlcə bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, müqəddəs Qurani –Kərimdən ayələr oxundu, şəhidlərin ruhuna dualar səsləndirildi.
Daha sonra Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəlişindən sonra milli-mənəvi dəyərlərimizə, eləcə də bayramlarımıza göstərilən dövlət qayğısından bəhs etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuzun qazandığı böyük Zəfərdən söz açan Gülbahar Eyvazova artıq dörd ildir ki, Azərbaycan xalqının müqəddəs Ramazan bayramını qalib xalq olaraq qeyd etdiyini diqqətə çatdırdı və şəhid ailələrinin, qazilərin, həssas təbəqədən olan digər insanların hər zaman dövlətin diqqəti, qayğısı ilə əhatə olunduğunu bir daha vurğuladı. Gülbahar Eyvazova bütün xalqımızı, eləcə də şəhid ailələrini, qaziləri qarşıdan gələn Ramazan bayramı münasibətilə ürəkdən təbrik etdi, onlara xoş arzularını çatdırdı.
Şəhid ailələri onlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.
Keçidlər