Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Baxşəliyev Araz Yavər oğlunun anım günündə ailəsi və məzarı ziyarət olundu!

29 sentyabr 2025 | 12:14
4 günlük Vətən Müharibəsinin şəhidi Baxşəliyev Araz Yavər oğlunun anım günündə ailəsi və məzarı Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, Horadiz şəhər ziyalıları və sakinləri ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Şəhid Baxşəliyev Araz Yavər oğlu 1993-cü il sentyabrın 18-də Füzuli rayonunda dünyaya göz açıb. Hələ azyaşlı vaxtlarından vətənpərvər ruhda boya-başa çatan Araz gələcəkdə hərbçi olmaq arzusu ilə yaşayıb. Ruh yüksəkliyi ilə hərbi xidmətə yollanan Araz hərbi xidmətini bitirdikdən sonra yenidən orduda qalaraq, müddətdən artıq həqiqi hərbi xidmətçi kimi Vətənin keşiyində dayanıb. İlk döyüş yolu Aprel qələbəsindən başlayıb. Qəhrəmanlığı və qorxmazlığı ilə seçilib.
Vətən müharibəsi zamanı döyüşlər başlayan ilk gündən Araz Füzuli istiqamətində düşmən təxribatının qarşısının alınmasında şücaət göstərib. Verilən tapşırıqların öhdəsindən layiqincə gələn Araz düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edilməsində də fəal iştirak edib. Cəbhənin yarılmasında və 30 illik işğalda qalan ərazilərin azad olunmasında onun da payı olub. Araz döyüşlərin ikinci günündə Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gərgin döyüşlər zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Araz Baxşəliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşcü", "Füzulinin işğaldan azad olunmasına görə", "Xocəvəndin işğaldan azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Keçidlər