Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Cəfərov Elnur Cəmiyyət oğlunun Anım günü qeyd edildi!

04 oktyabr 2024 | 17:49
03 oktyabr- Anım günündə 44 günlük Vətən Müharibəsinin şəhidi Cəfərov Elnur Cəmiyyət oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, 1998-ci il avqustun 28-də dünyaya göz açan Elnur hələ kiçik yaşlarından vətənpərvərliyi ilə seçilib. Gələcəyin hərbçisi olmağı qarşısına məqsəd qoyan Elnur torpaqlarımızın azad olacağı ümidini bir an belə itirməyib. O, həqiqi hərbi xidmətini bitirdikdən sonra müddətdən artıq hərbçi kimi Vətən keşiyində dayanmağı özü üçün ən şərəfli bir yol seçib. Müharibə başlayan ilk gündən döyüşə atılan Elnur əsl qəhrəmanlıq nümayiş etdirib. Ermənilər tərəfindən qurulan sədlərin yarılmasında, ilk azad olan kəndlərimiz uğrunda gedən döyüşlərdə şücaəti ilə seçilib. Qorxmazlığı və mərdliyi ilə ölümün gözünə dik baxan Elnur oktyabr ayının 3-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Elnur Cəfərov ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Keçidlər