Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əli Hüseynov 30 ildən sonra doğma Füzuli torpağında dəfn edildi!

12 sentyabr 2023 | 08:58
1993-cü ildə Füzuli rayonunda gedən döyüşlər zamanı itkin düşən və 30 ildən sonra Xocavənd rayonunun Edilli kəndində qalıqları tapılan şəhid Əli Heydər oğlu Hüseynov sentyabrın 11-də Füzuli rayonunun Aşağı Yağlıvənd kənd qəbristanlığında dəfn edildi.
Şəhidin dəfnində böyük izdiham yaşandı. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
      Allahdan bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər