Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əliyev Elnur Adil oğlunun ailəsi Bala Bəhmənli kəndində ziyarət olundu!

03 aprel 2026 | 11:11

2016-cı il Aprel döyüşlərinin onuncu ildönümü ərəfəsində bu gün Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon ziyalıları, ağsaqqalları, şəhid ailələri və ictimaiyyət nümayəndələri tərəfindən Aprel döyüşlərinin şəhidi Əliyev Elnur Adil oğlunun ailəsi Bala Bəhmənli kəndində ziyarət olundu.
Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Elnur Əliyev 1976-cı ilin 16 avqust tarixində Füzuli rayonunun
Dədəli kəndində anadan olmuşdur. Onun uşaqlıqdan hərbiyə olan marağı hərbiçi peşəsini seçməyə səbəb olmuşdur. Elnur Əliyev 10 il Tovuzda,
daha sonra bir neçə il Daşkəsən, Gəncə və Murovdağda yerləşən
"N" saylı hərbi hissələrdə xidmət edib. Sonuncu hərbi hissədə
mayor rütbəsi alıb. Daha sonra o, Bərdənin "N" saylı hərbi
hissəsində qərargah rəisi olub və son olaraq 2014-cü ilin
noyabrından etibarən Füzuli rayonundakı "N" saylı hərbi hissənin
səfərbərlik və komplektləşdirmə şöbəsinin rəisi kimi işləyib.
Mayor Elnur Əliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüş zamanı öz döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
Elnur Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III
dərəcəli) ilə təltif edilmişdir. Evli idi. Elvin və Elxan adında iki oğlu yadigar qalmışdır.

Keçidlər