Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elvin Nadirlinin ailəsi ziyarət olunaraq xatirəsi anıldı!

23 sentyabr 2024 | 09:31

  Füzuli RİH başçısı Alı Alıyev və Hüquq-mühafizə orqanlarının rəhbərləri anım günü münasibəti ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Antiterror əməliyatlarında şəhid olan Elvin Nadirlinin ailəsini ziyarət edərək, anım mərasimində iştirak etdiər.

             Qeyd edək ki, Şəhid - Kiçik çavuş Nadirli Elvin Yurik oğlu 13 sentyabr 1995-ci ildə Füzuli rayonu Əhmədbəyli kəndində anadan olmuşdur. 2001-ci ildə Mirmehdi Xəzani adına musiqi təmayüllü internat tipli gimnaziyanın birinci sinfinə getmişdir. 2012-ci ildə həmin gimnaziyanın 11-ci sinfini bitirmişdir. 2012-ilin oktyabr ayında Qazax rayonunda yerləşən N saylı hərbi hissəyə həqiqi hərbi xidmətə yollanmışdır. 2014-cü ilin aprel ayında həqiqi hərbi xidməti başa vurmuşdur. 2017-ci ildə könüllü olaraq Füzuli rayonu Şükürbəyli kəndində yerləşən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi qulluqçu kimi hərbi xidmətə başlamışdır. Elvin 44 günlük Vətən müharibəsində igidliklə iştirak etmiş və “Füzulinin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, ”Vətən müharibəsi iştirakçısı” və "Cəsur döyüşcü" medalları ilə təltif olunmuşdur. 2022-ci il tarixdə yeni yaradılmış N saylı komanda hərbi hissəsində hərbi xidmətin davam etdirmişdir.

Nadirli Elvin Yurik oğlu Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı sentyabırın 21-i Qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Elvin Nadirli ölümündən sonra "Vətən uğrunda"medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
1 övladı Vətənə əmanətdir
Keçidlər