Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Fəqan Zalovun adının əbədiləşdirilməsi məqsədi ilə tikilmiş abidə kompleksinin açılış mərasimi keçirilib!

14 iyun 2022 | 08:54

Füzuli rayonu Horadiz şəhəri "Vətən Müharibəsi Qəhrəmanı" Fəqan Zalov adına 3 N-li tam orta məktəbdə şəhidin adının əbədiləşdirilməsi məqsədi ilə tikilmiş abidə kompleksinin açılış mərasimi keçirildi.
Açılış mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin rəisi, Füzuli rayon Təhsil Sektorunun rəhbəri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin, N saylı hərbi hissənin nümayəndələri, məktəbin kollektivi, ağsaqqallar iştirak ediblər. Qeyd edək ki, döyüşlərdə göstərdiyi şücaətə görə Fəqan Zalov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Həmçinin “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Keçidlər