Şəhid Hacıyev Toğrul Rüfət oğlunun Anım günü qeyd edildi!
11 oktyabr 2024 | 09:16
10 oktyabr- Anım günündə 44 günlük Vətən Müharibəsinin şəhidi Hacıyev Toğrul Rüfət oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin başçısının Birinci müavini Bağır Aslanov, RİH-nin əməkdaşları, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Toğrul Hacıyev 1996-cı il dekabrın 24-də Bakı şəhərində anadan olub. Əslən Füzuli rayonundan idi. 2003-2014-cü illərdə Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin 313 nömrəli tam orta məкtəbində təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Milli Konservatoriyasında baкalavr pilləsində, 2018-2020-ci illərdə isə həmin təhsil müəssisəsində magistr pilləsində ali musiqi təhsil alıb. Subay idi.
Toğrul Hacıyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Toğrul Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Hacıyev oktyabrın 10-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. Binəqədi rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Toğrul Hacıyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşcü", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Əlavə olaraq qeyd edək ki, Toğrul Hacıyevin ailəsi Bakı şəhərində yaşayır.